Sosial

Qoz, fındıq, badamın... kilosu 1 dollardan

Metbuat.az

Azərbaycan bazarına çıxarılan və Novruz bayramında süfrələrin bəzəyi olan quru meyvələrin idxal qiyməti hər kəsi təəccübləndirəcək. Belə ki, Bakı bazarlarında bir kiloqramı 10-25 manata olan quru meyvələr xaricdən qəpik-quruşa alınır.



Milli.Az xəbər verir ki, bu barədə

virtualaz.org

-a kənd təsərrüfatı üzrə ekspert

Vahid Məhərrəmov

məlumat verib.



V.Məhərrəmovun sözlərinə görə, quru meyvələrin qiyməti ilə bağlı araşdırma aparıb. Bəlli olub ki, bir kiloqramı 0,49-1 dollara alınan məhsullar bazara dəfələrlə baha çıxarılır.



Ekspert siyahını da təqdim edib:



1 kiloqram malın idxal dəyəri ( ABŞ dolları ilə)



Qabığı təmizlənmiş badam - 0,49



Banan təzə, qurudulmuş - 0,92



Qabığı təmizlənmiş qoz - 0,97



Qurudulmuş qara gavalı - 0,45



Qurudulmuş üzüm - 0,52



Qurudulmuş ərik - 0,50



Qabıqlı badam - 0,55



Keşyu fındığı - 0,46



Təzə heyva - 0,31



Hind qozu - 0,61



Şabalıd - 0,49



Püstə - 0,99



Ekspert qeyd edib ki, çərşənbələrdə və Novruz bayramında ən çox aldığınız malların idxal qiymətləri Dövlət Statistika Komitəsinin təqdim etdiyi malların idxalı və ixracına dair göstəricilərdə də yer alıb.



Milli.Az