Sosial
Qızılca elmi və siyasi debata səbəb olub
ABŞ-da artıq 100 qızılca halı qeydə alınıb və bu epidemiya ictimai səhiyyə rəsmilərini, həkimləri, valideynləri və hətta prezidenti narahat edir.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, səhiyyə rəsmiləri əmindirlər: vaksinlər təhlükəsizdir və nəticə verir. ABŞ-ın ən qabaqcıl həkimləri valideynləri uşaqlara peyvənd vurmağa çağırırlar. Xəstəliklərlə Mübarizə və Profilaktika Mərkəzinin sədri Tom Friden onlardan biridir.
“Peyvənd olunmayan uşaqların xəstəliyə yoluxmaq və qonşu uşaqları yoluxdurmaq riskləri daha yüksəkdir.
Lakin bəzi valideynlər uşaqlarına peyvənd etməməyi seçirlər.
“Düşünürəm ki, hər bir valideynin uşaqları üçün ən yaxşısını etmək hüququ var.”
Bəzi siyasətçilər valideynlərlə həmrəydirlər. Respublikaçı senator Rand Pol vaksniləri ruhi xəstəliklə əlaqəndirir.
“Mən çox normal danışan, gəzən uşaq haqqında eşitmişəm ki, vaksindən sonra ruhi xəstəlikləri əmələ gəlib”.
Barbara Akosta uşaqlarına və ya nəvələrinə öz səbəblərindən dolayı peyvənd etdirməyib.
“Bəzi uşaqlarda yan təsirlər əmələ gəlir. İnternetdə oxusanız, çoxlu dəhşətli hekayələrlə rastlaşarsınız”.
Lakin faktlar göstərir ki, vaksinlər insanların həyatların qurtara və uşaqları daha sağlam edə bilər. Vaksinlərin yan təsirləri isə nadir hallarda və kiçik olur.
Hər bir vaksinin ən geniş yayılmış yan təsiri iynənin vurulduğu yerdə ağrının olması və 24-48 saat ərzində qızdırmanın olmasıdır”.
Doktor Linda Fu Uşaqların Milli Səhiyyə Sistemində yoluxucu xəstəlik üzrə ekspertdir.
İndiki həkimlərin əksəriyyəti qızılcaya rast gəlməyiblər. Bunun səbəbi isə odur ki, 2 doza vaksin qəbul edən insana vaksinin 99 faizi müsbət təsiri olur.
İndi uşaqlara verilən vaksinlər daha təmiz, daha təhlükəsiz və effektivdir.
Xəstəliyin fəsadlarına qulaq infeksiyası, daimi karlıq, beyin iltihabı, daimi beyin zədəsi, sətəlcəm və ölüm daxildir.
Hətta prezident Barak Obama NBC-yə verdiyi xüsusi müsahibəsində vaksinlər barədə danışıb.
“Qızılca önlənə bilər. Başa düşürəm ki, elə ailələr var ki, vaksinin təsirlərindən narahatdırlar. Amma elm danılmazdır”.
Prezident valideynlərə uşaqlarına vaksin etdirməyi təkid edir.
Milli.Az