Sosial
Videonu izləmək üçün şəkilə klikləyin.
Qiymətlər ucuzlaşdı - VİDEO
Manatın məzənnəsindənki dəyişiklikdən sonra paytaxtın daşınmaz əmlak bazarında 2,13% bahalaşma qeydə alınıb. İndi Bakıda yeni mənzillərin bir kvadrat metrinin orta qiyməti 1374 manatdır. Köhnə mənzillərin qiyməti isə 2% artıb. Hər kvadrat metrinin orta qiyməti 2108 manat. Qərb bölgəsində isə vəziyyət fərqlidir. Məsələn, bu bölgənin ən böyük şəhəri - Gəncənin daşınmaz əmlak bazarında durğunluq yaşanır.
TTV (Region TV) xəbər verir ki, Tovuzda isə mənzillərin satışındakı durğunluq ucuzlaşmaya səbəb olub. Qiymətlərdə otaqların sayından asılı olaraq 2-3 min manat ucuzlaşma var. İndi Tovuzdakı yaşayış binalarından 4 otaqlı mənzil almaq istəyən təxminən 20-25 min manat ödəməldir. Burada fərq mərtəbələrin sayına görə dəyişir.
Həyət evlərinin satış qiymətində isə azalma özünü daha çox göstərir. Məsələn, əvvəlki aylarda 75 minə təklif olunan 4 otaqlı ev indi 60 min manatdır.
Milli.Az
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.