Sosial
Milli.Az
Qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşlarının mövcudluğu araşdırılır
Azərbaycan Xarici İşlər Nazirliyinin tapşırığı ilə Fransada, Almaniyada və İspaniyada olan ölkənin səfirlikləri Alp dağlarında qəzaya uğramış təyyarənin sərnişinlərinin arasında Azərbaycan vətəndaşlarının mövcudluğunu araşdırır.
Milli.Az xəbər verir ki, bunu
Trend-ə XİN-in mətbuat katibi
Hikmət Hacıyevbildirib.
Germanwings aviaşirkətinin Airbus A320 tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzası nəticəsində 150 nəfər həlak olub.
Milli.Az