Mədəniyyət

Qəmər Almaszadənin şərəfinə "Qız Qalası" baleti nümayiş etdiriləcək

Metbuat.az

"Report" xəbər verir ki, bu sıradan növbəti tamaşa Ə.Bədəlbəylinin “Qız qalası” baleti olacaq. 


Premyerası 1940-cı il aprelin 16-da nümayiş edilən bu balet Azərbaycan milli baletinin ilk nümunəsidir. Qəmər Almaszadə tamaşanın quruluşçu baletmeysteri olub və uzun illər tamaşada Gülyanaq rolunu ifa edib.Artıq 75 ildir ki, “Qız qalası” Opera və Balet Teatrının repertuarında möhkəm yer tutur və hər zaman geniş tamaşaçı auditoriyası toplayır.


Aprelin 5-də keçiriləcək tamaşada əsas rollarda xalq artisti Gülağası Mirzəyev (Polad), əməkdar artist Tamilla Məmmədzadə (Gülyanaq) və aparıcı solist Anar Mikayılov (Cahangir xan) çıxış edəcək.


Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.