Sosial

Qələbə dairəsi belə olacaq - FOTO

Metbuat.az
Paytaxtın Qələbə dairəsinidəki hərəkət zolaqlarının sayı artırılır

Bunu Milli.Az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi

Pünhan Mürsəliyev

deyib.



Onun sözlərinə görə, Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində Qələbə kinoteatrı qarşısındakı dairədə genişləndirilmə işləri sürətlə davam etdirilir: “Sözügedən ərazidə dairənin diametri kiçildilərək hərəkət zolaqlarının sayı artırılır. Artıq yol yatağı hazırlanan hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Əlavə olaraq hərəkət istiqaməti dəyişdirilən hissəyə qoyulmuş beton bloklar mərmər səki daşı ilə əvəzlənəcək”.



P.Mürsəliyev qeyd edib ki, işlərin mart ayı ərzində yekunlaşması gözlənilir.



Milli.Az