Mədəniyyət
Qədim, ənənəvi və müasir muğamın möcüzəsi
Martın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Livan musiqiçilərinin iştirakı ilə konsert olub.
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində təqdim olunan konsertdə xalq artisti Arif Babayev və onun yetirmələri - əməkdar artist Ehtiram Hüseynov, gənc xanəndə Bəyimxanım Vəliyeva “Zabul Segah” dəstgahını özlərinəməxsus məharətlə ifa ediblər.
Bu ifalar bir mürşidin müridlərinə, bir alimin yetirmələrinə, bir ustadın, müəllimin şagirdlərinə çəkdiyi şərəfli əməyin layiqli bəhrəsi idi.
Sonra səhnəyə çıxan Livan müğənnisi Ghada Çbeir mərhəmət, sevgi bəxş eləyən çıxışı ilə bütün zalı riqqətə gətirib.
Tamaşaçılar ifaları sürəkli alqışlarla qarşılayıb.
Milli.Az