Mədəniyyət

Qaradağ rayonunda Novruz şənliyi

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz Qaradağ rayonu ərazisində geniş qeyd olunub.


Bayram münasibətilə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında geniş bayram tədbiri təşkil edilib.


Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Ağalar Vəliyev, Mixail Zabelin, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndəli iştirak ediblər.


Süleyman Mikayılov tədbirdə çıxış edən deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, dünya birliyinə uğurla inteqrasiya edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görür.


Bayram şənliyi folklor nümunələrinin nümayişi ilə yadda qalıb. Xalqımızın adət-ənənələri canlandırılıb. Milli musiqinin sədaları altında rəqslər ifa edilib, məktəblilər şeirlər oxuyub, gənc pəhləvanlar meydan mübarizəsinə çıxıblar. Tədbir iştirakçıları Novruz şirniyyatına qonaq ediliblər.