Şou

Qaqa üzüyü ilə lovğalandı (FOTO)

Metbuat.az

Keçən həftə toy xəbərləri yayılan ekstravaqant müğənni Ledi Qaqa yenidən nişan üzüyü ilə lovğalandı.



ANS PRESS-in məlumatına görə, ifaçı "Xoşbəxt həyat" yazaraq barmağındakı üzüyün fotosunu 6 milyon izləyicisi olan "İnstagram" səhifəsində paylaşıb.



28 yaşlı Qaqa Teylor Kinniyə ərə getməyə hazırlaşandığını bir daha elan edib. Müğənni bu hadisəni "Səmaya ən yaxın ev" adlandırdığı Malibuda yerləşən 28 milyonluq iqamətgahında qeyd etmək istəyir.



Ailə qurmaq ərəfəsində olan müğənni stilini də dəyişib. Əndrabadi geyimlərlə bəzən tamaşaçıları hətta şoka salan Ledi Qaqa bu dəfə eleqant geyimdə ictimaiyyətdə görünüb.



Xatırladaq ki, ötən ay 33 yaşlı aktyor Teylor Kinninin evlilik təklifinə müsbət cavab verib. Bundan sonra cütlük ailə üzvləri ilə birlikdə Nyo Yorkdakı restoranlardan birində nişanlarını qeyd ediblər.












Mənbə
ANS PRESS