Mədəniyyət
Milli.Az
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçiriləcək
Milli.Az xəbər verir ki, 16 mart 2015-ci il tarixdə, saat 20:00-da Azərbaycan Dövlət Filarmoniyasında “Beynəlxalq Muğam Festivalı” çərçivəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçiriləcək. Bədii rəhbər və baş dirijor – xalq artisti Teymur Göyçayev.
Solist - Azərbaycan Respublikasının əməkdar artisti - Anar Şuşalı.
Proqramda:
F.Əmirov – “Nizami xatirəsinə” Simfoniya;
A.Əlizadə - 4 saylı Simfoniya “Muğamvari”;
F.Əlizadə - “Şüştər”;
Əmirov – “1001 gecə” baletindən fraqment;
Bayatı-Şiraz - “Fantaziya”.
Solistlər: Cavanşir Rüstəmov (tar), Atabəy İsmayılov (tar), Şəmsi Əbilli (xanəndə).
Milli.Az