Dünya

Putin Nemtsovun qətlindən danışdı: "Biabırçılıqdı"

Metbuat.az

“Rusiya hüquq-mühafizə orqanları Boris Nemtsovun qətli kimi siyasi xarakterli cinayətlərin açılmasına çox ciddi diqqət yetirməlidir”.



APA

-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti

Vladimir Putin

deyib. O bildirib ki, Rusiyanı gələcəkdə bu cür faciələrin baş verməsindən qorumaq lazımdır:



“Səs-küylü cinayətlərə, o cümlədən siyasi xarakterli olanlara çox ciddi diqqət yetirilməlidir. Rusiyanı, nəhayət ki, bu yaxınlarda gördüyümüz və yaşadığımıza bənzər biabırçılıqdan və faciədən qurtarmaq lazımdır. Mən Boris Nemtsovun birbaşa paytaxtın mərkəzində həyasızcasına öldürülməsini nəzərdə tuturam”.



Milli.Az