Sosial

Proqram seçimi başladı

Metbuat.az

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistrların proqram seçiminin başlandığını bildirib.



ANS PRESS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən verdiyi məlumata görə, magistraturaya qəbul imtahanın I mərhələsində iştirak etmiş və müsabiqə şərtini ödəmiş bakalavrların "Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçilməsi və təsdiqi prosesinə başlanılıb. Bakalavrlar bunun üçün https://eservices.tqdk.gov.az/erizemag/proqram/?frm=egov linkinə daxil olub öz seçimlərini etməlidirlər.



Qeyd edək ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarının birinci mərhələsi fevralın 22-də keçirilib.



Aprelin 1-dən 10-dək proqram seçimi olacaq. Qəbul imtahanının ikinci mərhələsi isə aprelin 26-da keçiriləcək.

Mənbə
ANS PRESS