Sosial
Prezident İlham Əliyev akademiklə bağlı SƏRƏNCAM imzaladı
Siddiqə Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib. Lent.az-ın məlumatına görə, bu barədə prezident sərəncam imzalayıb.
S.Məmmədova Azərbaycan elminin inkişafında böyük xidmətlərinə görə, bu mükafata layiq görülüb.
Siddiqə Rza qızı Məmmədova əməkdar elm xadimi, biologiya elmləri doktoru, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademikdir.