Ölkə

Polisin keçirdiyi əməliyyat nəticəsində 8 kiloqramdan çox marixuana götürülüb

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

 


Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Vəliyevdən 7,37 qram marixuana götürülüb. Ona məxsus “VAZ-2107” markalı avtomobilə baxış zamanı isə əlavə olaraq 8 kiloqram 10 qram marixuana aşkar edilib.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.