Dünya

Polis də adamı soyursa…

Metbuat.az
Peterburqda axşam patrulu zamanı polis 3 nəfəri soyub

Milli.Az Gazeta.ru

-ya istinadən bildirir ki, bu barədə Rusiya DİN-in yerli idarəsinin mətbuat xidmətindən məlumat verilib.



"Patrul zamanı polis post-patrul xidmətinin 3 əməkdaşı 3 vətəndaşı saxlayıb. Baxış zamanı polislər saxladıqları şəxslərin ümumilikdə 8 min rublunu və mobil telefonunu oğurlayıblar. Sonra həmin vətəndaşlar hər hansı sənəd tərtib edilmədən sərbəst buraxılıblar", - məlumatda deyilir.



Bildirilir ki, hadisədən sonra həmin polislər iş vaxtı saxlanılıblar.



Onlar hüquq mühafizə orqanlarından kənarlaşdırılacaqlar və müvafiq cəzanı da çəkəcəklər.



Milli.Az