"Playboy" ulduzu müəllimə oldu (FOTO)
"Playboy" jurnalının ulduzu müəllimliyə başladı. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Doris Kemptner adlı keçmiş "Playboy" gözəli Avstryada bir məktəbdə işə başlayıb.
2009-cu ildə aprel, 2012-ci ildə isə jurnalın mart buraxlışının qapağını bəzəyən gözəl fəlsəfə, psixologiya və qidalanma sahəsində yüksək ali təhsilə malikdir. 25 yaşlı Doris Kemptnerin stajçı müəllimə olacağı bildirilir.
Lakin məktəbin bu qadını işə götürməsi valideynlər tərəfindən birmənalı qarşılanmayıb.
Qadının şagirdlərinin bir qismi yeni müəllimlərinin adını internetdə axtarışa veriblər. Hər şeyin üstü bundan sonra açılıb.
Şagirdlər tapıntı haqqında valideynlərinə məlumat verəndən sonra valideynlər üsyana başlayıblar.
İndi ailələr erotik fotoları və verilişi ilə məşhurlaşan qadının məktəbdən çıxarılmasını tələb edirlər.
ANS PRESS