Sosial

Paytaxtın Şəmsi Bədəlbəyli küçəsi hərəkət üçün 2 gündən sonra açılacaq

Metbuat.az

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İlkin İzzət/

Bakının Şəmsi Bədəlbəyli küçəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşmaq üzrədir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Nəsimi rayonunda Şəmsi Bədəlbəyli küçəsində təmir işləri davam etdirilir.

Bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Axşam saatlarınadək Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşacaq. Yaxın 2-gün ərzində küçədə nəqliyyatın hərəkəti təmin olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az