Sosial

Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ Bakının Qaradağ rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


"Report"

Fövqəladə Hallar Nazirliyi

nə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.


Xilasedicilər mənzilin giriş qapısını açmış. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanan vətəndaş aidiyyəti üzrə təhvil verilib.


Əməliyyat saat 22:12-də başa çatıb.