Sosial

Parlamentdə mübahisə: "Hacının yerinə mən danışacam..."

Metbuat.az
Bu gün Milli Məclisdə hökumətin hesabatı müzakirə olunan zaman maraqlı anlar yaşanıb
“Qafqazinfo”

xəbər verir ki, deputat

Zahid Oruc

çıxışlar üçün ayrılmış 5 dəqiqəlik vaxtdan daha beş dəqiqə artıq danışmaq istədiyini bildirib. O hətta bu məqsədlə həccdə olan həmkarının öz çıxış vaxtını da ona verdiyini qeyd edib və əlavə edib ki, güman edir ki, parlament rəhbərliyi də bu məsələyə xoşməramlı yanaşacaq. Spiker

Oqtay Əsədov

un buna cavabı isə çox maraqlı olub:



“Siz nə vaxtdan hacı olmusunuz? Sizə kim vaxtını verib?”



Zahid Oruc belə cavab verib: “Deputat həmkarım Hacı Madər dedi ki, inşallah, növbəti seçkilərdə ikimiz də yenidən deputat seçilsək, həmin beş il müddətində də öz çıxış hüququmu sənə verəcəm”.



Spiker də: “Elə buna görə də əlavə vaxt vermirəm”, - deyə deputata cavab verib.



Milli.Az