Mədəniyyət

Parisdəki “Azərbaycan evi”nin tədbirlərində həmvətənlərimizin çoxu iştirak edir

Metbuat.az

Paris, 19 mart, Aişə Axundova,

AZƏRTAC

Əsmər Nərimanbəyova – Azərbaycanın əməkdar rəssamı, çoxsaylı sərgilərin iştirakçısı, Fransada diasporumuzun fəal üzvüdür. O, həm Bakıda, həm də Parisdə yaşayır və işləyir.


Ə.Nərimanbəyova

AZƏRTAC

-a müsahibəsində deyib: “Həmvətənlərimizin çoxu Fransanın paytaxtında fəaliyyət göstərən “Azərbaycan evi”nin ocağının istisinə toplaşırlar. Biz bir yerdə xalqımızın həyatında olan bütün əlamətdar tarixləri qeyd edirik, sərgilər təşkil edirik, azərbaycanlı və fransız uşaqları ilə məşğələlər keçiririk. Etiraf edim ki, uşaqlarla bədii yaradıcılıq məşğələləri keçməkdən böyük zövq alıram. Fransızlar Azərbaycan tarixinə və mədəniyyətinə böyük maraq göstərirlər. Düşünürəm ki, müasir dünyada mədəniyyətlərin qarşılıqlı təsirinin, xalqlar arasında dostluq və əməkdaşlığın inkişafının böyük rolu var”.