Öz əliylə özünə quyu qazanlar - VİDEO
TTV (Region TV) xəbər verir ki, son zamanlar plastik qablaşdırma geniş yayılıb. Əksər ticarət obyektlərində belə qablaşdırmaları görmək mümkündür. Bu cür plastik qablara ev şəraitində hazırlanan şorabalar, turşular, tənək yarpağı və digər məhsullar yığılaraq saxlanılır və yaxud bazarlarda satılır. Bu isə istənilən halda zəhərlənmələrə səbəb ola bilər.
Turşunu özü hazırlayan satıcı isə deyir ki, alıcıların bu cür plastik qablara heç bir iradı yoxdur. Bəzi vətəndaşlar isə bazarlarda satılan turşulardan istifadə etmədiklərini, evdə özlərinin hazırladıqlarını deyirlər. Plastik qabda olan turşunun tərkibindəki sirkə isə kimyəvi birləşməyə səbəb olur ki, bu da insan orqanizmi üçün çox təhlükəlidir. Tənək yarpağının plastik qablarda saxlanılması isə ümumiyyətlə yolverilməzdir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.