Oskara meydan oxuyan azərbaycanlı rejissor üsyan edir - FOTO
Son dövrlərdə kino və seriallara ayrılan vəsait təqdirəlayiq haldır və bütün bunlar bu sahələrin inkişafına hesablanıb. Buna baxmayaraq yenə də problemlərdən qaçmaq olmur.
Gənc rejissor
Əli Abbasov(Alik) maliyyəsinin olmamasından bir çox layihəsinin tozlandığını bildirir.
Milli.Az-a açıqlama verən Alik bildirib ki, onun əlində Oskar mükafatına namizəd olan film var: "Bəli, həqiqətən, o mükafatı belə ala biləcək bir filmim var. Sadəcə, maliyyəm yoxdur. Mənə şərait yaransa, görəcəyim işlər hamını heyran edəcək. Sadəcə, indi gənclərə yer yoxdur. Hal-hazırda Yeganə Kərimzadənin ssenariləri əsasında film çəkməyə çalışıram. Bir neçə janrda olan film layihələrimi maddiyat üzündən toz basır. İnanın ki, mənə qazanc yox, nailiyyət lazımdır. Qazanc lazım olsaydı, heç bu sənətdə olmazdım. Bu sənətdə iz qoymaq üçün dəstəyə ehtiyacım var".
Daha sonra rejissor Azərbaycanın şəhidləri haqqında film çəkmək üçün işlərə başladığını qeyd etdi: "Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün film çəkimlərinə başlamaq niyyətim var. Hər şey hazırdı. Yenə çatışmayan tək şey maliyyə məsələsidir. İnanıram ki, yaxın zamanda buna çarə tapılacaq".
Milli.Az