Maraqlı
Onun ölümü milyonları kövrəltdi - FOTO
Müalicəsi olmayan xəstəliyə tutulan və evtanaziyaya qərar verən 41 yaşlı belçikalı
Loren Şubert"Brügge" klubunun fanatik azarkeşli idi. O, klubunun matçına son dəfə baxmaq və stadionun ab-havasını almaq üçün evtanaziyasını, yəni könüllü ölümünü təxirə salaraq "Brügge" - "Mukron" qarşılaşmasını seyr etmək üçün stadiona yollanmışdı.
Milli.Az AHT-yə istinadən bildirir ki, stadionda 7 yaşlı qızı Dina ilə birlikdə meydana çıxan Loren Şubertlə tribunalardakı 20 mindən artıq azarkeş vidalaşıb.
Matçın ertəsi günü Şubert evtanaziyaya məruz qalıb, zəhərli inyeksiyadan sonra həyatla vidalaşıb.
L.Şubert son 20 ildə 37 cərrahiyyə əməliyyatına məruz qalmışdı. Həkimlərin son müayinədən sonra "xəstəliyinizin müalicəsi yoxdur" demələrindən sonra Şubert evtanaziyaya qərar vermişdi.
Şubert sevimli klubunun azarkeşlərinin davranışından riqqətə gəlib, "belə vida gözləmirdim" söyləmişdi.
Milli.Az