Sosial

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında 15 nəfərlə görüşüb

Metbuat.az

Başçəkmədə məqsəd Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və rəftar vəziyyətinin öyrənilməsi olub. Başçəkmədə MPQ-nın həkim üzvü də iştirak edib. Başçəkmə zamanı Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə on beş saxlanılan şəxslə görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə bağlı vəziyyəti öyrəniblər. Qəbul olunan təqsirləndirilən şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər. Bu şəxslərə qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib. Eyni zamanda, onlardan bəzilərinin istintaqın qeyri-obyektiv aparılması ilə bağlı Ombudsmana ünvanlanmış müraciətləri araşdırılması üçün müvafiq orqana göndərilib. Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.