Şou

"Ölsəm, Nazpərinin konsertlərinə get"

Metbuat.az

"Ölsəm, xatirəmi yaşatmaq üçün Nazpəri Dostəliyevanın konsertlərinə get".



Xalq artisti

Nazpəri Dostəliyeva

nın

İlqar

adlı fanatı anasına bu vəsiyyəti edib.



Anspress

-in məlumatına görə, ANS TV-nin efirində yayımlanan "A-dan Z-yə" verilişində təsirli anlar yaşanıb.



Nazpəri Dostəliyeva verilişin əsas qonağı olub və tamaşaçı qismində yalnız pərəstişkar əyləşiblər. Uşaqlıq yaşlarından xalq artistinə pərəstiş edən İlqar adlı gənc studiyaya anası ilə birlikdə gəlib.



Ananın açıqlamaları çəkiliş meydançasında olan və televiziya qarşısında əyləşən hər kəsin göz yaşlarına səbəb olub.



Böyrək xəstəsi olan oğluna öz böyrəyini verən ana, əməliyyatdan əvvəl İlqarın ona etdiyi vəsiyyəti dilə dilə gətirdi:



"Oğlum illərdir böyrək xəstəsidir, Nazpəri xanım sağ olsun, köməklik edib müalicəsinə. Daha sonra öz böyrəyimi övladıma vermişəm. Əməliyyatdan öncə o mənə dedi ki, əgər mən ölsəm, məni yad etmək üçün Nazpəri xanımın konsertlərinə get".



Milli.Az