Şou

Oğlunun kirvəsindən Vasifə 10 min hədiyyə

Metbuat.az

Müğənni Vasif Məhərrəmliyə oğlunun kirvəsi on min manat hədiyyə verib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “5/5” verilişində deyib.

O, aparıcı Zaur Kamalın “Eşitdim ki, 220 minlik yeni avtomobilini o, sənə hədiyyə edib” sözlərinə ifaçı etiraz edib:

“Avtomobilim 220 mindən də bahadır. Öz qazancımla almışam. O, insan isə maşınım üçün mənə on min manat hədiyyə verib”.

Qeyd edək ki, V.Məhərrəmlinin oğlu Məhəmmədəlinin kirvəsi Məhərrəm bəy Rusiyada yaşayan azərbaycanlı iş adamıdır.