Sosial

Novruz turist sayını 3 dəfə artırdı (VİDEO)

Metbuat.az

Bayram günlərində Azərbaycanın cənub bölgəsinə üz tutan turistlərin sayı 3 dəfə artıb.


ANS TV-nin məlumatına görə, ölkədə 9 günlük istirahət cənub bölgəsində turistlərin sayının da artmasına səbəb olub. İstirahət məkanları turist axınını artırmaq üçün müxtəlif Novruz proqramları təşkil ediblər. Bölgənin əsas turizm rayonu sayılan Lənkəranın turizm obyektləri də bu bayram turist sarıdan korluq çəkməyib.



Turizm obyektinin meneceri Elman Əliyev bildirib ki, əvvəlcədən sifariş götürdüklərinə baxmayaraq, sifarişlərdən daha artıq qonaqlar gəlib. O, hesab edir ki, bu qədər turist axınına səbəb onların təklif etdiyi güzəştli paketlər və xidmətdir.



Cənub bölgəsini istirahət üçün seçənlərin əksəriyyəti paytaxt Bakı və Bakı ətrafı rayonlardan, həmçinin Naxçıvandan gələnlərdir. Ailəvi və kollektiv şəkildə istirahətə üstünlük verən turistləri bura cəlb edən təbiət, saf dəniz havası, milli mətbəxdir.



Turizm obyektlərindən bildirildi ki, bayram tədbirləri tətilin sonuna kimi davam etdiriləcək.





Mənbə
ANS-TV