Novruz bayramı Litvada yaşayan soydaşlarımızı bir araya gətirdi
Vilnüs, 19 mart,
AZƏRTAC
Litvada fəaliyyət göstərən “Günəş” Assosiasiyası Vilnüs şəhərində Novruz bayramı ilə bağlı tədbir keçirib.
Tədbirdə Litva Seymində GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə parlament qrupunun sədri Mantas Adomenas, Seymin üzvləri, Litvanın ictimai-siyasi xadimləri, bu ölkədə yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz iştirak ediblər.
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib, onlara sevinc, bolluq və xoşbəxtlik arzulayıb.
“Günəş” Assosiasiyasının sədri Sadıq Nurullayev də Novruz bayramı münasibətilə həmyerlilərimizi təbrik edib.
Mantas Adomenas çıxış edərək xalqımıza sülh və tərəqqi arzulayıb.
Sonra qonaqlara ziyafət verilib. Bayram şənliyi ABŞ-dan gəlmiş həmyerlimiz, müğənni Valeriy Yusupovun ifası ilə davam edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs