Sosial

Növbəti sınaq imtahanın vaxtı açıqlandı

Metbuat.az
TQDK tərəfindən abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək.
 
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 30-dan etibarən aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır.

Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.
 
Milli.Az