Sosial

"Nizami" kinoteatrı söküldü

Metbuat.az
Lənkəranda "Nizami" kinoteatrı sökülüb
Axar.az

xəbər verir ki, müstəqillikdən bəri təyinatı üzrə fəaliyyət göstərməyən, son illərdə isə ümumiyyətlə, istifadəsiz qalan mədəniyyət ocağının yeri boş sahəyə çevrilib, ərazi isə hasarlanıb.


 


Bu kinoteatr bir neçə il əvvələ qədər çayxana, bilyard salonu kimi xidmət göstərib. Sökülən mədəniyyət mərkəzinin yenidən qurulacağı bildirilir.


 


Hələ 2014-cü ildəLənkəran Rayon İcra Hakimiyyətindən redaksiyamızın elektron ünvanına daxil olan məktubda bildirilirdi ki, mədəniyyət müəssisələrinin tikintisi və yenidən qurulması 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınıb. Eləcə də sözügedən kinoteatrın yenidən qurulması nəzərdə tutulub.


 


Şəhərin ən böyük kinoteatrı olan "Nizami" 1955-ci ildən ötən əsrin son onilliyinə qədər kinosevərlərin sevimli məkanı olub.



Milli.Az