İqtisadiyyat
AZƏRTAC
Neftin ucuzlaşması Azərbaycanın iqtisadi siyasətinə mane olmayacaq
Bakı, 17 mart,
AZƏRTAC
Azərbaycan sübut etdi ki, neftin ucuzlaşması onun həyata keçirdiyi iqtisadi siyasətə mane olmayacaq.
AZƏRTAC
xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Nazir bildirib ki, bəzi ölkələrdə baş verən böhran bir daha göstərdi ki, hamı neftdən asılılığı azaltmalıdır. Azərbaycan da buna uyğun addım atır.