İqtisadiyyat
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
Bakı, 17 mart,
AZƏRTAC“Neft Daşları” yatağındakı 418A nömrəli meydançadan 2633 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılan quyu 1114-1093 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyu “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.
Bu barədə
AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.