Mədəniyyət

Nazim Hikmətin məzarının olduğu monastr yandı

Metbuat.az

Böyük türk şairi Nazim Hikmətin məzarının olduğu monastrda yanğın baş verib.

Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, Moskvada yerləşən tarixi Novodeviçye monastrı yanıb. Xəbərdə bildirilir ki, təmir işləri aparılan monastrın zənglərindən birində qəfil yanğın baş verib.

Təxminən 300 kvadrat metr ərazinin yandığı hadisənin qarşısı Rusiya FHN əməkdaşları tərəfindən alınıb.

Qeyd edək ki, adı çəkilən monastr 16-cı əsrdə inşa edilib. Nazim Hikmətin 1963-cü ildə dəfn edildiyi məzarlıq bu monastrın həyətində yerləşir.