Nazənindən oğlu ilə bağlı iddialara açıqlama
Axşam.az-ın məlumatına görə, qadın qızının ifaçının oğlu Fəxri tərəfindən qaçırıldığını bildirib:
"Qızım 3 gündü yoxdur. Mənim uşağımın həyatını müğənni Nazəninin oğlu məhv etdi, kömək edin. Övladım həmin müğənninin oğlundan iki aylıq hamilədir. Oğlan qızımı aldatdığı və başqası ilə evləndiyi üçün qızım 3 gündür yoxdur, evdən qaçıb".
Müğənni Nazənin əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib:
"Oğlum ilk həyat yoldaşından ayrılıb. Evliliyi qısa çəkdiyi üçün övladı olmayıb. İndi Astaradan tanıyıb-bildiyim bir ailənin qızı ilə evləndirmişəm. Xanımın adı Arzudur. İkinci evliliyi olduğu üçün qabartmadım, mediaya yaymadım. Oğlum subay olanda o qadının qızı ilə görüşüb. Hər subay kişi kimi Fəxrinin də qadınla görüşmək haqqı var. Qadın qızını qızuşağı kimi qələmə verməsin. Həmin qız 13 yaşında ərə gedib və mənim oğlumla görüşəndə boşanmışdı, bir oğlu da var. Fəxrinin evləndiyini eşidən gündən zəng vurub şantaj edir. Biz də Xətai Rayon Polis şöbəsinə şikayət etmişik. Qızın yazdığı mesajlar, zəng vurduğu nömrələr qalıb. O qız oğlumun ailəsini yenidən dağıtmağa çalışır, amma buna icazə verməyəcəm. O ana oğlumdan şikayət etməkdənsə, gedib qızına sahib çıxsın".