Mədəniyyət

“Natiq” ritm qrupu “Həyatın nəbzi” adlı konsert verəcək

Metbuat.az

Bakı, 26 mart,

AZƏRTAC

Mayın 2-də “Natiq” ritm qrupunun konserti keçiriləcək.


AZƏRTAC

xəbər verir ki, “Həyatın nəbzi” adlanan konsert Beynəlxalq Muğam Mərkəzində reallaşacaq.


Qeyd edək ki, qrupun rəhbəri, əməkdar artist, milli musiqimizi dünyaya tanıdan nağara ustası Natiq Şirinov nəinki Azərbaycanda, ölkəmizdən kənarda da sevilir, bəyənilir. İfaçı özünün musiqi kollektivi ilə birlikdə bir çox mükafatlar qazanıb.