Şou

Namiq Qaraçuxurlunun toyunu məşq elədilər - FOTOSESSİYA

Metbuat.az
Məşhurlar bir araya toplanaraq meyxanaçının baş tutacaq toyuna hazırlaşıblar

"Bakı film"in təqdimatında

Zaur Nəbioğlu

nun aparıcılığı ilə ANS TV-də yayımlanan "A-dan Z-yə" verilişində maraqlı anlar yaşanıb.



Anspress

-in məlumatına görə, şounun budəfəki buraxılışında meyxanaçı

Namiq Qaraçuxurlun

un toyuna hazırlıqlar görülüb. Məşhurlar bir araya toplanaraq sənətçinin baş tutacaq toyunun məşqini ediblər.



Ağadadaş Ağayev

elçilik etmək üçün təklif aldığında belə cavab verib: "Bizim getməyə ehtiyacımız yoxdur, onun öz adı özünə bəsdir. Amma özü bunu istəsə, qardaş kimi böyük məmnuniyyətlə elçiliyə gedərəm".



Meyxanaçının ətrafına toplaşanların sırasında

Nüşabə Ələsgərli

də var idi. O isə digərlərindən seçilərək elçiliyin məşqinə başlayıb. "Təsəvvür edin ki, biz artıq qız evindəyik. Evə daxil oluram və başlayıram; "Salam-aleykum, eşitmişəm, qəşəng çayınız var. Elə bu başdan çayınızı şirin etsəniz, yaxşı olar, onsuz da bilirəm ki, "hə" cavabı verəcəksiz", - deyə elçiliyi təsvir edib.



Bu məqamda xalq artisti

Flora Kərimova

özünü çatdıraraq xeyir-duasını verib: "Qızın ailəsi Namiqin özünü yaxşı tanıyır, deyəcəklər, əziyyət çəkib gəlmisiz".



Bu söhbətlərdən sonra

Manaf Ağayev

Samir Piriyev

isə Namiq Qaraçuxurlunu bəy tərifinə başlayıblar.






Milli.Az