Şou

Nadir: “Ancaq Elzanın şeirlərini oxuyuram”

Metbuat.az

“Elzanın yazdığı şeirlər çox xoşuma gəlir”. Lent.az-ın musavat.com-a istinadən xəbərinə görə, bunu ANS TV-nin efirində yayımlanan “A-dan Z-yə” verilişində qonaq olan Nadiq Qafarzadə bildirib.

Onun sözlərinə görə, Elza Seyidcaahan çox gözəl şeirlər yazır: “Səmimi olaraq etiraf edirəm ki, mən ancaq Elza Seyidcahanın şeirlərini oxuyuram”.

Verilişin digər qonağı olan meyxanaçı Namiq Qaraçuxurlu da Elzanın şerilərinin mənalı olduğunu bildirib.

"Sadəcə olaraq onun yazdığı şeirləri şoulaşdırırlar. Amma diqqətlə oxusanız, şeirlərdə çox mənalı misralar var", - deyə meyxanaçı bildirib.