Şou
Murad Boz stilistinin evi önündə - fotolar
Türkiyəli müğənni Murad Boz stilisti Sənəm Sensilayla eyni evə girərkən görüntülənib.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aralarında eşq münasibəti olması haqda məlumatları dəfələrlə inkar edən ifaçı obyektivləri görəndə nə edəcəyini bilməyib.
Murad “Range Rover” markalı avtomobilindən düşüb Sənəmi yola saldıqdan sonra yenidən maşınına qayıdıb. S.Sensilay evinin önündə bir müddət M.Bozu gözləsə də, paparassilərin getmədiyini görüb və içəri keçib.