Şou

Müğənniliyə ara verməsinin səbəbini açıqladı

Metbuat.az
Xalq artisti Firəngiz Mütəllimovanın bacısı, müğənni Nərgiz Mütəllimova sənətinə ara verməsinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, o, müəllim və aktrisa kimi fəaliyyətinə davam etdirdiyini bildirib:



"Pianino müəlliməsi kimi işə başladım. Ailəmdə problemlər var. Ora-bura qaçıram. Yeni mahnılarım yığılıb qalıb. Amma onları oxuyub, yazdırmağa, təqdim etməyə vaxtım yoxdur. İndi "Bacanaqlar"da rol alıram. Başım aktrisalığa da qarışıb".