Şou
Müğənni Könül: "Pis olurdum, günlərlə özümə qapanırdım"
Müğənni Könül Kərimova həmkarlarından şikayətlənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı sənətə yeni gəldiyi günləri xatırlayıb:
"Çox çətinliklər çəkmişəm. O, vaxtlar salonlara gedə bilmirdim, hər şeyi evdə özüm edirdim. Heç bir sənət dostumdan kömək istəmirdim. İstəsəm belə etməzdilər. Hətta arxamca danışırdılar: yaxşı müğənnidir, amma geyimini bilmir, zövqsüzdür. Pis olurdum, günlərlə özümə qapanırdım. Zamanla hər şeyi öyrəndim. Artıq neçə illərdir makiyajımı da, saç düzümümü də özüm edirəm, salona getmirəm".
Milli.Az