Şou

Müğənni Emin qastrol turuna çıxır

Metbuat.az

"Report" xəbər verir ki, aprelin 21-dən başlayaraq Emin Rusiyanın bir neçə vilayət və şəhərində konsert proqramı ilə çıxış edəcək.


Eminin ilk konserti aprelin 21-də Krasnodarda, aprelin 22-də Rostovda, aprelin 23-ü Yesentukidə, aprelin 24-də Nalçikdə, 25-də isə Vladiqafqazda olacaq.


Qeyd edək ki, Emin iyulun 16-da Bakıda Yaşıl Teatrın səhnəsində solo-konsert proqramı ilə çıxış edəcək