Şou
Müğənni Bəsti Sevdiyeva: "Oğlumla məclislərə gedirəm"
Müğənni Bəsti Sevdiyeva ailəsi ilə bağlı açıqlama verib.
Milli.Az gecce.az-a istinadən bildirir ki, həmişə zəhmli duruşu, sözünü demək bacarığı ilə özündən bəhs etdirən xanəndə ilk dəfə ailəsindən söhbət açıb.
“Həyat yoldaşım ziyalı ailəsindəndir. Məndən əvvəl səsimə vurulmuşdu. Həm də yanında çalışırdım. Həmişə mənə dəstək olub.
Ailə qurduğumuz gündən bu zamana kimi nəzarəti üzərimdədir. Vaxtı olmayanda da oğlumla məclislərə gedirəm. Bu nəzarətədən həmişə zövq almışam.
İki övladım var. Qızım xaricdə magistr təhsili alır. Oğlum isə dövlət orqanında çalışır.
Valideynlərimi itirəndə güclü stress keçirdim. Yanımda yoldaşım oldu. Ailəm üçün laızm gəlsə, dəlicəsinə sevdiyim sənətimdən də vaz keçərəm“.
Milli.Az