Mədəniyyət
AZƏRTAC
Muğam və müasirlik
Bakı, 16 mart, Z.Mansurova,
AZƏRTACMartın 16-də Bəstəkarlar İttifaqının konsert zalında “Muğam və müasirlik” mövzusunda kamera musiqisi konserti olub.
AZƏRTAC
xəbər verir ki, Bakıda keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində təqdim olunan konsertdə tar, klarnet, piano, violin, kanon, zərb alətlərinin müşayiəti ilə musiqi parçaları ifa olunub.
Konsertdə “Simli kvartet”, “Humayun”, “ReAKSİYA”, “Sükutdan yaranan təzadlar, “Abşeron ölçüləri” və s. əsərlər səsləndirilib.
Tamaşaçılar ifaları sürəkli alqışlarla qarşılayıb.