Mədəniyyət

“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı mədəni dünya üçün möhtəşəm hadisədir

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı mədəni dünya üçün möhtəşəm hadisədir. Festival çərçivəsində ənənəvi musiqiyə həsr edilmiş elmi simpoziumlar keçirilir, həmin simpoziumlarda məşhur muğam ifaçıları çıxış edirlər. Mən bu tədbirdə iştirak etməyimə çox şadam.


Bu sözləri Nyu-York universitetinin əməkdaşı Stefan Blum jurnalistlərə müsahibəsində deyib. O, “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən simpoziumda iştirak edir.


S.Blum vurğulayıb ki, Azərbaycan dövləti ölkənin mədəni irsinin qorunmasına və inkişafına böyük diqqət ayırır. O deyib: “Azərbaycan muğamına bütün dünyada böyük məmnuniyyətlə qulaq asırlar”.