Moskvada soyundurulub döyülən müğənnimiz sifarişçinin ADINI AÇIQLADI
Moskvada döyülən müğənni Vüqar Muradov başına gəlmiş olaydan danışıb. Lent.az-ın məlumatına görə, “Gündəlik” verilişinə qonaq olan ifaçı bildirib ki, həmkarı Fidan Süleymanovanın sifarişi ilə döyülüb: “Moskvada mənim üstümə 7-8 nəfər düşüb məni döydü. Həmin döyən şəxslər mənə deyirdilər ki, “sən kim olursan ki, imişlilərə sataşırsan?”. Mən də polis bölməsinə gedən zaman düşündüm ki, döyülməyi sifariş edən Fidan (red: müğənni Fidan Süleymanovanı nəzərdə tutur) adlı xanımdır. Bu insan neçə vaxt idi ki, mənə təxribat hazırlayırdı. Hətta bir dəfə ana-bala məndən şikayət etmişdilər. Lakin polis gördü ki, ana-bala mənim üzümü onlar cırıb, dedi, indi kim kimdən şikayətçidi? Gördü ki, polislə mənə bir şey edə bilmir, bu cür təxribatla mənə cavab verdi”.
Qeyd edək ki, “Yeni ulduz” yarışmasının iştirakçısı olan V.Muradovu bir neçə gün öncə 1000 AZN beh müqabilində Moskvaya toya dəvət ediblər. Lakin müğənni Moskvada əsl "sürpriz"lə rastlaşıb. Belə ki, naməlum şəxslər onu Moskvada hava limanında qarşılayaraq, meşəyə aparıb, orada soyundurub, döyüblər. Bütün bunları isə videoya çəkiblər.