Mədəniyyət

Moskvada Nəriman Nərimanov haqqında kitab nəşr edilib

Metbuat.az

[ 06 Mart 2015 14:25 ]



Bakı. Cavid Zeynallı - APA. Moskvada Nəriman Nərimanov haqqında kitab nəşr edilib.

APA-nın məlumatına görə, professor Rudolf İvanovun müəllifi olduğu “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” kitabı 10 bölmədən ibarətdir.

Monoqrafiyaya N.Nərimanovun nadir nəşrlərdən aşkar edilmiş məqalə və nitqləri, o cümlədən “Leninsiz fəaliyyətimizin bir ili” adlı müəllifin sağlığında dərc olunmuş sonuncu əsəri daxil olunub. Kitabda təqribən 475 tarixi material yer alıb.

Nəşrin ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.