Mədəniyyət

“Morgen” filmi təqdim olunub

Metbuat.az

Bakı, 10 mart

AZƏRTAC

Azərbaycanda Fransız İnstitutu və Rumıniyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Landmark” hotelində “Morgen” filmi (rumin, fransız və macar yaradıcı qrupunun birgə istehsalı) nümayiş olunub.


AZƏRTAC

xəbər verir ki, tədbirdə ölkəmizdəki diplomatik korpusun nümayəndələri, ictimai xadimlər iştirak ediblər.


Fransanın Azərbaycandakı səfiri Paskal Mönye “Frankafonoiya həftəsi”nin Bakıda maraqla qarşılandığını qeyd edib.


Rumıniyanın Azərbaycandakı səfiri Daniel Çiobanu filmin ölkəmizdəki təqdimatından məmnunluğunu ifadə edib. Rumıniyanın müstəqilliyimizi tanıyan ikinci dövlət olduğunu bildirən səfir ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrinin bütün sahələrdə inkişafına xüsusi önəm verdiyini vurğulayıb.


Diplomat deyib: “Azərbaycan Rumıniya üçün strateji tərəfdaşdır. Mədəni əlaqələr daha da inkişaf edir və bu, iki ölkənin daha sıx əlaqələri üçün möhkəm özül rolunu oynayır. Rumıniyanın Bakıdakı səfirliyi Azərbaycan ilə tərəfdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da bütün səylərini səfərbər edəcəkdir”.


Ekran əsərində hadisələr Rumıniya və Macarıstan sərhədində yerləşən kiçik Salonta şəhərində təhlükəsizlik işçisi işləyir qırx yaşlı Nelünin başına gələn qeyri-adi hadisə üzərində qurulub.