Mədəniyyət

Mister Holms öz ampluasında (VİDEO)

Metbuat.az

İngiltərə və ABŞ kinematoqrafları Artur Konnan Doylun əfsanəvi əsərini yenidən ekranlaşdırıblar.



ANS PRESS-in məlumatına görə, Hollivud dünya şöhrətli qəhrəmanı daha çox, cavan göstərməyi xoşlasa da bu dəfə Holms əsərdəki öz ampluasında olacaq.



Filmdə baş verənlər 1947-ci ili əks etdirir. Şerlok Holms artıq işdən uzaqlaşıb. İndi artıq o, qulluqçusu misis Monro və xəfiyyəliyi özünə hobbi bilən oğlu ilə birgə Sasseksdə sakit bir kənddə yaşayır.



Burada sakit həyat yaşamağına baxmayaraq Beyker-stritdən olan məşhur xəfiyyəni 50 il bundan qabaq açılmamış cinayətlər haqqında düşüncələr rahat buraxmır.



Filmdə İen Makkelen, Milo Parker, Lora Linni, Hetti Moraxen, Patrik Kennedi, Hiroyuki Sanada, Rodjer Allam və başqaları kimi aktyorlar rol alıblar.



Drama, kriminal, dedektiv janrında olan “Mister Holms” film bu yay vizyona girəcək.



Mənbə
ANS PRESS