Mədəniyyət

Misirdə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin büstü qoyulacaq

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

Misirin İsgəndəriyyə şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü qoyulacaq.


Diasporla İş üzrə Dövlət Komitəsindən

AZƏRTAC

-a bildirilib ki, aprelin 20-də büstün təntənəli açılış mərasimi keçiriləcək.


Mərasimdə Latviya, Polşa, Boliviya, Rumıniya, Serbiya, Bolqarıstan və Beninin sabiq prezidentləri və baş nazirlərinin iştirakı nəzərdə tutulub.


Bundan başqa, həmin gün Misir Baş nazirinin xüsusi müşaviri, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldinin Nizami Gəncəvi haqqında ərəbcə nəşr edilmiş kitabının təqdimatı da olacaq.


Hər iki tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və İsgəndəriyyə Kitabxanası tərəfindən reallaşdırılacaq.