Ölkə

Misir KİV-ləri AZƏRTAC ilə bir sıra xarici informasiya agentlikləri arasında əməkdaşlıq haqqında sazişlərin imzalanmasından yazırlar

Metbuat.az

Qahirə, 5 mart,

AZƏRTAC

Misirdə çıxan populyar “Şbabalnil” elektron qəzetində

AZƏRTAC

ilə bir sıra xarici informasiya agentlikləri arasında əməkdaşlığın yaradılması barədə məlumat dərc olunub.


Nəşr yazır ki, martın 2-də Azərbaycan Dövlət İnformasiya Agentliyi –

AZƏRTAC

və Türkiyənin Anadolu Agentliyi, Sloveniya Mətbuat Agentliyi (STA) arasında əməkdaşlıq haqqında sazişlər, Rumıniyanın AGERPRES Agentliyi ilə isə Anlaşma Memorandumu imzalanıb. Bildirilir ki,

AZƏRTAC

-ın 95 illik yubileyi münasibətilə mərasimdə sənədləri Azərbaycan agentliyinin baş direktoru Aslan Aslanov, Anadolu Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ercan Göçer, STA-nın baş direktoru Boyan Veselinoviç və AGERPRES-in baş direktoru İon Alexandru Giboi imzalayıblar.


Bildirilib ki, sənədlərə görə,

AZƏRTAC

ilə bu agentliklər arasında informasiya mübadiləsi aparılacaq, təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlər təşkil ediləcəkdir.


İnformasiyanın tam mətnini

http://shbabalnil.com/Article/Item/36897

 linkində oxuya bilərsiniz.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahir

ə